Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
- ↑ 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- ↑ http://www.geopostcodes.com/Abakan.