Antiklerikalizm

Antiklerikalizm (qəd. yun. άντι — əksinə, əleyhinə və κληρικός — din) — dini təşkilatların, ruhaniliyin, həmçinin siyasi, iqtisadi, mədəni, elm və təhsil sahəsində dini hakimiyyətin əleyhinə istiqamətlənmiş sosial hərəkatdır. XVIII əsrdə maarifçiliyin çiçəklənməsi dövründə Avropanı ateizmin birinci dalğası bürüdüyü zaman, kilsə əleyhinə yönələn istənilən hərəkat antiklerikalizm adlandırılırdı.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne