Astrobiologiya

Astrobiologiya (yunan dilindən tərcümədə "astron" – ulduz) – kainatda həyatın təzahür formalarını öyrənən elm sahəsi.[1] Kosmik tədqiqatların vüsət aldığın dövrdə astrobiologiya kosmik biologiyakosmik tibbin nailiyyətlərindən geniş istifadə edir. Astrobiologiya Yer kürəsinin inkişafının ilkin mərhələlərində həyatın onda necə yarandığını tədqiq edir. Belə ehtimal olunur ki, ultrabənövşəyi şüalanmaelektrik boşalmaları Yerdə üzvi maddələrin yaranmasına səbəb olmuşdur. Fotosintezin yaranması, atmosferdə tədricən O2-nin toplanması həyatın inkişafı üçün şərait yaratmışdır. Astrobiologiya Günəş sistemi yaratmışdır. Astrobiologiya Günəş sistemi planetlərində həyatın olub-olmaması problemləri ilə məşğul olur. XX əsrin kosmik tədqiqatları göstərdi ki, Ayda, Merkuridə, Venerada həyat yoxdur. Marsın tədqiqi onda primitiv həyat elementlərinin mövcudluğu ehtimalını yaradır. Astrobiologiyanın əsas vəzifələrindən biri Günəş sistemindən kənarda həyatın olub-olmamasını öyrənməkdir.[2]

  1. Təriflər — Astrobiologiya [ölü keçid]
  2. M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 36,37

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne