Attila

Attila
434 – 453
ƏvvəlkiRua
Sonrakıİlek
Şəxsi məlumatlar
Doğum tarixi I minillik[1][2]
Doğum yeri
Vəfat tarixi 453[3][4][…]
Vəfat yeri
Vəfat səbəbi boğulma
Fəaliyyəti qəbilə lideri[d]
Atası Muncuq Xan
Həyat yoldaşları
Uşaqları
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət şəriki1" (bu yazı yalnız sınaq görünüşündə görünür.).

Attila[5] və ya Atilla (I minillik[1][2], Qafqaz453[3][4][…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı.

Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib.

Muncuq Xan oğlu Attila Xan

Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa mənbələrində "Tanrının Qamçısı" (ing. Scourge of God; it. Flagello di Dio; fr. Fléau de Dieu; lat. Flagellum Dei) olaraq adlanır, amma MacarTürk mənbələrində adından hörmətlə bəhs edilir.

  1. 1 2 АТТИЛА // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. 1 2 World History Encyclopedia (ing.). 2009.
  3. 1 2 Seeck O. Attila (alm.). // Kategorie:RE:Band II,2 1896.
  4. 1 2 E.A. Thompson Attila // Encyclopædia Britannica (ing.).
  5. Attila, səhifə 35. // Məktəblinin tarix lüğəti. Müəlliflər: Rauf Məlikov və Nizami İbrahimov. Elmi redaktor: tarix elmləri namizədi Elmar Məhərrəmov Bakı: "Ayna Mətbu Evi", 2004, 416 səhifə. ISBN 9952230133

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne