Bitlcus

Bitlcus
Beetlejuice
Filmin afişası
Filmin afişası
Janr Qara komediya
Əsas mövzu Paranormal hadisələrlə dolu ev
Rejissor Tim Börton
Prodüser Devid Qiffen
Ssenari müəllifləri Uorren Skaaren
Tim Börton
Baş rollarda Alek Bolduin
Cina Devis
Maykl Kiton
Cefri Cons
Ketrin O'Hara
Vaynona Rayder
Silviya Sidni
Robert Qule
Qlen Şediks
Dik Kevett
Enni Makinroy
Operator Tomas Ekermen
Bəstəkar Denni Elfman
Rəssam Bo Uelş
İstehsalçılar The Geffen Company
Warner Bros.
Distribütor Warner Bros., Netflix, FandangoNow[d]
İlk baxış tarixi 29 mart 1988
Filmin növü Komediyalı qorxulu film
Müddət 92 dəqiqə
Büdcə $15 milyon[1]
Gəlir $73,707,461 milyon
Ölkələr ABŞ ABŞ
Dil ingiliscə
İl 1988
Rəng rəngli
IMDb ID0094721
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bitlcus (ing. Beetlejuice) — amerikalı rejissor Tim Börton tərəfindən komediyalı qorxulu film janrında çəkilən ABŞ filmidir. Maykl Makdauel filmin ssenarisini öz hekayəsinin mötivləri əsasında yazmışdır. Filmdə əsas rollarda Alek Bolduin, Cina Devis, Maykl Kiton, Vaynona Rayder, Ceffri Cons və Ketrin O'Hara çəkilmişlər. "Bitlcus" Tim Börtonun ən yaxşı filmi olmasa da, onun kinosunun xarakteristika təməl xüsusiyyətlərini saxlayan bir prototip film olaraq xatırlanmaqdadır. Filmin adı qırmızı nəhəng ulduz olan Ovçu və ya Orion ulduzu kimi tanınan "Bitlcus"dan götürülmüşdü.[2]

Filmin hekayəsində bir dünya ilə digər dünyanın münasibəti göstərilir. Bir yol qəzası keçirən gənc evli cütlüyün evlərinə döndüklərində əslində ölmüş olduqlarını və "digər dünyaya" qəbul edilənə qədər öz evlərində bir qarabasma olaraq qalmaları lazım olduğunu anlamaları uzun sürməz. Amma evlərini əmlakçıdan satın alan modabaz şəhərli ailə evə yerləşincə dinclikləri qaçır və yeni işğalçıları rədd etmək üçün "Bitlcus" adlı dəli bir ingilis lordu bir xortdandan kömək istəmək məcburiyyətində qalırlar. Amma xortanı bu dünyaya çağırarkən yeni problemlərlə qarşılaşırlar. Bu səbbədən onlar Bitlcusu gəldiyi yerə göndərdikdən sonra evlərinə köçmüş yeni ailə ilə barışmalı olurlar.

Bu fantastik komediya filminin xüsusi efektleri çevrildiyi il üçün fövqəladə idi, məhz filmn götürdüyü mükafatlar bu sahədə oldu. "Bitlcus" filminə 1989-cu ildə "Ən Yaxşı Makiyaj"a görə mükafat verildi.[3] Yenə makiyaj və xüsusi efektlərə görə bir neçə dəfə BAFTA mükafatına namizəd göstərildi. Film bəyənilib müvəffəqiyyətli olan zaman 1989-cu ildə eyni adla bir animasiya TV serialı çəkilməyə başlandı. Kanada istehsalı bu serial 30 dəqiqəlik 94 hissə ilə çəkilişini sürdü və 1989-1991-ci illəri arasında 4 mövsüm göstərildi. Film və TV serialının məşhurluğu 1991-ci ildə eyni adlı videooyununun hazırlanmasını təmin etdi.[4]

  1. ""Bitlcus" filmi Internet Movie Database saytında". 2010-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-25.
  2. Geoff Boucher. "Tim Burton talks about Johnny Depp, Alice in Wonderland and The Dark Knight". Los Angeles Times. 2008-10-15. 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-15.
  3. Henrik Laine. "6 Insane Sequels That Almost Ruined Classic Movies". Cracked.com. 2012-02-27. 2013-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-22.
  4. Seth Grahame-Smith. ""Beetlejuice 2" moving forward, says writer". NME. 2012-05-18. 2013-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-22.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne