Botanika

Botanikabiologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. tədqiq edən elm. Biologiya elmləri sisteminə daxildir. Botanikanın əsas bölmələri: sistematika (bitkiləri qohumluq baxımından qruplaşdırır və tarixini öyrənir), morfologiya (xarici görünüşü öyrənir), anatomiya (daxili quruluşunu öyrənir), embriologiya (mayalanma və toxum inkişafını öyrənir), biokimya (kimyəvi maddələr və kimyəvi prosesləri öyrənir) və s.[1]

  1. M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti. Bakı: 2006, səh. 72

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne