Bundesrat

Alman Federal Şurası
Bundesrat
Deutscher Bundesrat
Loqonun şəkli
Ümumi məlumatlar
Qısaltma adı BR[1]
Təsis tarixi 23 may 1949
İdarə heyəti
Alman Bundesratının Prezidenti Dietmar Vudke, SDP
1 Noyabr 2019 tarixindən
Birinci vitse prezident Daniel Qünter, XDİ
1 Noyabr 2019 tarixindən
İkinci Vitse Prezident Rayner Haselof, XDİ
1 Noyabr 2019 tarixindən
Quruluşu
siyasi partiyalar
  
Hökumət (12)
  • Aşağı Saksoniya (6)
  • Meklenburq-Ön Pomeraniya (3)
  • Saarland (3)
  
Neytral (57)
  • Baden-Württemberg (6)
  • Bavariya (6)
  • Cənubo Reyn-Vestfaliya (6)
  • Hessen (5)
  • Raynland-Palatina (4)
  • Berlin (4)
  • Saksoniya (4)
  • Şlezviq-Holştayn (4)
  • Brandenburg (4)
  • Saksoniya-Anhalt (4)
  • Türingiya (4)
  • Hamburg (3)
  • Bremen (3)
  
Müxalifət (0)
Məclis zalı
{{{konfrans zalı}}}{{{konfrans zalı}}}
Sayt
bundesrat.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Federal Şura (Almanca: Bundesrat) — Almaniyanın 16 ştatının təmsil olunduğu qanunverici hakimiyyətdir. Əyalət hökumətləri tərəfindən təyin edilmiş 69 üzv qanunverici prosesdə iştirak edir. Federal hökumət qarşısında əyalətlərin maraqlarını təmsil edir. Hər federal qanun Federal Şurada da müzakirə edilməlidir. Federal qanunların formalaşmasına öz töhfəsini verir. Bundestaqla bərabər bir qanunverici qurum statusuna sahibdir.

Bundesratın quruluşu

Federal Şura Berlindəki keçmiş Prussiya Lordlar Palatasında toplanır. Əvvəlki görüş yeri keçmiş Qərbi Almaniyanın paytaxtı Bonnda idi. Federal Konstitusiyada Bundestaq, Federal Prezident, Federal Nazirlər Şurası və Federal Konstitusiya Məhkəməsi ilə birlikdə “əsas güc” adlanır.

Bundesratın iclas binası (keçmiş Prussiya Lordlar Palatası)
Prussiya Lordlar Palatası, Leipziger Straße, Bundesrat binası.

Bundesrath (1901-ci ildən: Ümumi imla islahatına görə, Bundesrat) Şimali Almaniya Konfederasiyası (1867) və Almaniya İmperiyası (1871) kimi adlar almışdır. Veymar Respublikası dövründəki həmkarı (1919-1933) Reyxsrat olmuşdur.

Federal Şuranın quruluşu Almaniya əyalətlərinin gücündəki dəyişikliklərdən asılı olaraq dəyişir və istənilən halda seçkilər zamanı fərqlilik göstərir. Federal şuradakı hər bir əyalət heyəti mahiyyət etibarilə əyalət hökumətlərinin nümayəndəsidir və hər bir əyalətin qanunverici hakimiyyət çoxluğunu, iqtidarını (koalisiyalar da daxil olmaqla) əks etdirir.

23 may 1949-cu ildə yaradılmışdır. 1 noyabr 2014-cü ildən Bundesratın sədri vəzifəsini Volker Bouffier (CDU partiyası) icra edir. Onun birinci müavini (1 noyabr 2014-cü ildən bəri) Stephan Weil (SPD partiyası), ikinci müavini isə (1 noyabr 2014-cü ildən bəri) Stanislaw Tillich (CDU partiyası) hesab olunur.

  1. https://www.service.bund.de/Content/DE/DELeistungen/A/Abkuerzungsverzeichnis-des-Bundes-BMI-BVA.html.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne