Dirijor

Maestro Niyazi — Məşhur Azərbaycan dirijoru

Dirijor (fr. diriger — idarə etmək, yönəltmək, başçılıq etmək) — ansambl (orkestr, xor, opera və s.) musiqisininin ifa prosesinə başçılıq edən şəxs. Dirijor ansamblın bütün üzvlərinə nəzarət edərək, onları düzgün istiqamətə yönəldərək musiqi əsərinin gözəl şəkildə ifa olunmasını təmin edir.

Əvvəllər ansamblın bir üzvü D. rolunda çıxış edir, ifaçılara yol göstərirdi; sonralar xüsusi D. meydana gəldi. D. əsərin ifa xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə şərh edir.[1]

Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır; dirijorun üzünün ifadəsi, baxışı, mimikası mühüm rol oynayır. Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır.[2]

  1. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Dirijor Arxivləşdirilib 2014-08-25 at the Wayback Machine
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Dirijorluq Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne