Fotobiologiya

Fotobiologiya — (yun. phos — işıq) biologiyanın bir bölməsi; görünən ultrabənövşəyi və yaxın infraqırmızı şüaların təsiri ilə orqanizmdə gedən prosesləri öyrənir. Fotobiologiya bitki və heyvanların həyat fəaliyyəti ilə sıxı əlaqədardır. Fotobiologiya kənd təsərrüfatı bitkilərində fotosintezin məhsuldarlığının artırılmasında, kənd təsərrüfatı heyvanlarının inkişafının intensivləşdirilməsində, tibb təcrübəsində və ətraf mühitin çirklənməsinə qarşı mübarizədə şüalardan istifadə olunmasında nəzəri əsasdır[1].

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne