Fumiqasiya

Fumiqasiyalat. fumiqo - tüstü verirəm Böcəkləri (yumurta, sürfə, nimfa, pup və yetişkin mərhələlərində) və digər ziyanvericiləri (nematodlar,göbələklər,bakteriyalar və s. kimi) öldürmək məqsədilə qapalı bir şəraitdə (bəlli bir temperatur və müəyyən zaman ərzində) qaz halında kimyəvi maddə (fumiqant) verərək, müəyyən bir zaman saxlanması ilə baş verən hadisəyə deyilir.

Fumiqasiya bütün bitki və heyvan mənşəli məhsullar və digər materialları ziyanvericilərdən, məhsulları itkidən qorumaq və onun qarşısını almaq məqsədilə aparılır. Bu iş digər dərmanlarla mübarizə tədbirləri imkansız olduğu hallarda aparılan son dərmanlama üsuludur.

•Çirklənmiş məhsula birbaşa tətbiq edilən bir üsul olması, •Diffuziyanın yüksək olması səbəbindən məhsulun dərinliklərinə qədər nüfuz etməsi və (homogen) bircinsli yayılma imkanının olması, •Qida maddələrindəki qalıq və qoxu nisbətinin toleranslığı sərhədi içində olması, •Qısa müddətdə, böyük miqdardakı məhsullara tətbiq olunma imkanının olması, •Ziyanvericilərin bütün bioloji dövrlərində təsirli olması,

Anbar zərərliləri, məhsula çirkli məhsullardan, depolandığı və ya daşındığı vasitədən, tarlada ikən çirklənə / yoluxa bilər. Bu Səbəbdən dəri məhsul anbara girmədən əvvəl və ya girdikdən sonra bəzi tədbirlər alınmalıdır. Bu tədbirlər fiziki və kimyəvi olaraq alınmalıdır. Alınması lazım olan fiziki tədbirlər depolanacak yerin, çox yaxşı şəkildə təmizlənib çatlaq və boşluq yerlərin bağlanılmalı və kimyəvi maddələrlə dezinfeksiya edilməlidir.

Böcək sirayətinin qarşısının alınması üçün. Deponun qapı və pəncərələrinə setkalar taxılmalıdır. Depo ziyanvericilərinin cəzb edə biləcək olan səbəblər, qidalar anbardan uzaqlaştırılmalıdır. Depo sərin və havalı olmalıdır.

Məhsullar anbara alınarkən məhsulun nəmi, hər məhsul üçün göstərilən nəm miqdarının çox olmamasına diqqət edilməlidir. Məsələn; Yer fıstığı ……… .. 9% Düyü …………… .14% Paxlalılar ……… .15% Misir …………… ..13% Buğda ……… ……. 13% Soya …………… … 13%

Kislələnmiş məhsullar divara 0,50 m-dən daha az yaxınlaşılmamalıdır.

Yığılan məhsullarda aylıq olaraq nizamlı şəkildə böcək vəziyyəti, nəm və istiliyə nəzarət edilməlidir. Qızışma və yüksək nəm yaranarsa köçürmə edilməlidir.

Məhsulun anbarda qalması bir aydan çox olacaqsa qoruyucu olaraq başlanğıcda mütləq fumiqasiya edilməlidir.

Müvəffəqiyyətli bir fumiqasiya əməliyyatı edə bilmək üçün bu əməliyyata təsiri olan faktorların xüsusiyyətlərinin yaxşı olması lazımlıdır. Bunlar aşağıdakilərdir.

1. Mübarizə edilən ziyanvericinin cinsi növü və olduğu xüsusi şərtlər

Fumiqasiyaya təsir edən vacib bir səbəbdir. Normal Fumiqasiya istiliyinin altına və üstünə çıxıldıqca ziyanvericinin nəfəs (tənəffüs yolu) yoluyla aldığı fumiqant miktarının dəyişikliyi üçün, verilməsi lazımlı olan dərman maddəsinin miqdarı (dozası) -da dəyişdirilməkdədir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne