Hveryon

Şəhər
Hveryon
회령시
42°26′22″ şm. e. 129°45′00″ ş. u.
Ölkə  Şimali Koreya
Vilayət Hamqyon-Pukto
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+8:30
Əhalisi
Əhalisi 153,532[1] nəfər (2008)
Rəsmi dili Koreya dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +850 49хххххх
Xəritəni göstər/gizlə
Hveryon xəritədə
Hveryon
Hveryon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hveryon (kor. 회령시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində şəhər. Şəhər, Tümen çayının sahilində yerləşir, çayın digər sahilində isə Çin Xalq Respublikasının Cirin vilayəti yerləşir. Sanhe (çin. 三合鎮) qəsəbəsi Çində yerləşən ən yaxın yaşayış məntəqəsidir. Hveryon, Kim İr Senin ilk həyat yoldaşı və Kim Çen İrin anası Kim Çen Sukun doğum yeri olaraq qəbul edilir. Şəhər Yaponiya hakimiyyəti altında "Kayney" olaraq bilinirdi.

Şəhərdən 20 km uzaqlıqda 22 saylı Konsentrasiya Mərkəzi (Hveryon Konsentrasiya Mərkəzi) yerləşir.[2][3].

  1. Pxenyan: KXDR Mərkəzi Statistika İdarəsi, 2008 Əhalinin siyahıya alınması Arxivləşdirilib 2010-03-31 at the Wayback Machine.
  2. Hauk, Deyvid. "The Hidden Gulag" (PDF) (ingilis). U.S. Committee for Human Rights in North Korea. 2003. 2022-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-09.
  3. "North Korea: Political Prison Camps" (PDF) (ingilis). Amnesty.org. 2012-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-10.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne