Kamerton

Əl kamertonu

Kamerton(alm. «kammer» – otaq, «ton» – səs‎) — müəyyən yüksəklikdəki səsi zəif harmonik əlavə səslərlə dəqiq və aydın səsləndirən kiçik portativ (yığcam, yüngül), adətən poladdan hazırlanan, ikidilli uzun çəngələ bənzər xüsusi cihaz.

İfa praktikasında alətin köklənməsi üçün istifadə olunur.

A kapella oxuyan zaman (müşayiətsiz) xorun rəhbəri səsin yüksəkliyini K. vasitəsilə tapır və xorda oxuyanlara göstərir (“xoru kökləyir”). Kamerton birinci oktavanın «lya» notunu səsləndirir.[1]

  1. "Muğam ensiklopediyası". 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne