Kosmoqoniya

Kosmoqoniya (yun. κοσμογονία κόσμος — kosmosun, kainatın, dünyanın γονή — yaranması, doğulması) — astronomiyanın göy cisimləri və onların müvafiq sistemlərinin mənşəyi və təkamülü problemlərini öyrənən bölməsidir. Bu bölmə astronomiyanın ən çətin tədqiqat sahəsidir.

Kosmoqoniya problemlərini öyrənərkən hər şeydən əvvəl astronomik obyektlərin keçmişi və gələcəyi haqqında düzgün təsəvvür olmalıdır. Bu təsəvvür iki yolla yarana bilər:

  1. Sırf nəzəri yol: fizikanın əsas qanunlarına əsaslanaraq göy cisiminin indiki halda olması üçün onun keçdiyi yolu müəyyən etmək, sonra isə onu hansı yolla təkamül edəcəyini söyləmək.
  2. Müşahidə yolu: göy cisimlərinin müxtəlif təkamül mərhələlərdəki hallarını bir-birilə müqayisə etməklə bu mərhələlərin davametmə ardıcıllığını müəyyənləşdirmək.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne