Ksilofon

Ksilofon musiqi aləti

Ksilofon (yunanca yun. ξύλον — ağac + φωνή — səs) — müəyyən səslənmə yüksəkliyi olan zərb musiqi alətidir. Özündə müəyyən notlara köklənmiş uzunsov yonulmuş ağac parçalarının sıra ilə düzülmüş formasını ehtiva edir. Bu taxta bloklar üzərinə kürəvari başlıqları olan çubuqlarla və ya çox da böyük olmayan qaşığabənzər xüsusi çəkicciklərlə ( musiqiçilərin öz aralarında bu çəkicciklərə "keçi ayaqları" da deyilir) vurmaqla səs əldə edilir.

Ksilofonun tembri forte-də kəskin, şıqqıltılı, piano-da isə yumşaqdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne