Litoqrafiya

Litoqrafik daşın və litoqrafiya şəkli — Münhenin xəritəsi.

Litoqrafiya — çap növüdür. Bu çap növündə müstəvi şəklində olan formadan boya yüksək təzyiq altında kağız üzərinə köçürülür. Litoqrafiya 1796-cı ildə Bavariya yazıçısı Alois Senefelder tərəfindən teatr əsərlərinin nəşri üçün ucuz bir üsul kimi icad edilmişdir. Litoqrafiya mətn və ya rəsm əsərini kağıza və ya digər uyğun materiala çap etmək üçün istifadə edilir amma daha çox musiqi partituraları və xəritələr üçün istifadə edilmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne