Marionet

„Meksikalı“ marionet kimi

Marionet - oyunçu tərəfindən saplarla idarə olunan bəndli kukla. Saplar kuklanın ayrı-ayrı bəndlərinə bağlanır. Əvvəllər belə kuklalar ağacdan hazırlanırdı. Onun başı cökə ağacından hazırlanırdı, çünki bu hissədə daha incə səth strukturuna ehtiyac vardı. Hal-hazırda mövzudan asılı olaraq müxtəlif materiallardan istifadə olunur: bərk və yumşaq köpük, lateks, kağız və ya ağac qarışığı və s.

Əl kuklaları ilə müqayisədə burada fiqur bütöv təsvir oluna və hərəkət etdirilə bilir. Bundan əlavə oyunçu tam gizli şəkildə kuklanı idarə etmək imkanına malikdir. Belə ki, tamaşaçılar üçün yalnız hərəkətdə olan fiqur görünür. Bu XIX əsrdə yeni bir teatr üslubunun yaranmasına gətirib çıxarmışdır. Moda, teatr səhnəsi və operanın çox vaxt marionet səhnəsində nümayişi yayılmışdır. Marionet kuklalar ipdən asıldıqları üçün yırğalanma və ağırlıq qanununa tabe olaraq tətbiq oluna bilirlər. Yəni onların qucaqlaşması, bir-birinə qarşı güclü, qarşılıqlı hərəkətdə olmaları mümkün deyil. Digər tərəfdən onların sərbəst hərəkət edə bilmələri aktyorların bacarmadıqları oyunları icra etməyə şərait yaradır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne