Monoaminoksidaza

Monoaminoksidaza — Monoaminoksidaza (MAO, FAD-asılı aminooksidaza (1)-monoaminləri oksidləşdirmə- dezaminləşmə yolu ilə onların metabolizmində iştirak edir. MAO həm endogen monoaminləri-neyromediatorları və hormonları, həm də qida və dərman maddələıri ilə orqanizmə daxil olan ekzogen monoaminlərin metabolizmində iştirak edir. Beləliklə, bu ferment endogen monoaminlərin sinir hüceyrəsi üçün daha çox vacib olan qatılığını normal səviyyədə saxlanılmasında mühüm rol oynayır, həm də onların orqanizmə qida vasitəsilə daxil olmasının məhdudlaşdırılmasında və orqanizm üçün zərərli olan endogen monoaminlərlə oxşar olan bioloji fəal maddaələrin metabolizmində iştirak edir.

MAO-nun iştirakı ilə oksidləşmə- dezaminləşməyə məruz qalan maddələr MAO-nun substratları adlanır. Monoaminoksidazanın iki tipi vardır: MAO-A və MAO-B. Quruluşlarina görə bu zülallar oxşar olsalar da, (onların amin turşu ardıcıllığı 70% uyğun gəlir), onlar funksiyalarına substrat və inhibitor spesifikliyinə görə fərqlənirlər. MAO-A-nın substratları-adrenalin, noradrenalin, serotonin, histamin, dofamin, MAO-B-nin substratları isə feniletilamin və benzilamindir.

Hər iki tip monoaminoksidaza hüceyrələrin mitoxondrilərinin xarici membranlarında yerləşir. MA0-A əsasən qaraciyər hüceyrələrində, mədə-bağırsaq traktında, MAO-B isə trombositlərdə lokalizasiya olunmuşdur.

Onurğalıların baş beynində MAO-B-nin fəallığı və miqdarı qocalma prosesində artır. MAO-A-nın fəallığı isə demək olar ki, dəyişmir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne