Multimedia

MultimediaKompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu. Bu qurğu özündə mikrofonu, veb-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia – informasiyanın səs, qrafika, animasiya (multiplikasiya) və videonun kombinasiyası şəklində təqdim olunmasıdır.Hesablama texnikasında: multimedia, sistemdəki informasiya ilə bağlı olan və onu təsvir edən hipermətn ilə multimedia elementlərini birləşdirən hipermedianın altçoxluğudur.

Multimedia qurğusunun köməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər. Bir neçə növ informasiyadan eyni zamanda istifadə edən informasiya texnologiyalarına Multimedia deyilir. Başqa sözlə, multimedia dedikdə qrafika, mətn, video, fotoqrafiya, animasiya, səs effektləri kimi informasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur. 


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne