Neytron

Neytron yükə malik olmayan elementar hissədir. Neytronlar protonla birlikdə atom nüvəsini əmələ gətirir və bu iki hissə ümumi şəkildə nukleon adlandırılır. Neytron barionlar sinfinə aiddir.

Neytronun kəşfi (1932) fizik C.Çedvikə mənsubdur. O bu kəşfi üçün 1935-ci ildə Nobel mükafatına layiq görülmüşdür.

Sərbəst neytronun kütləsi 939,6 MeV-dır. Bu protonunkundan 1,3 MeV böyükdür. O, elektrik yükü daşımır, ancaq zəif maqnit momentinə malikdir. Birləşmiş hissəcik kimi neytron genişlənmiş formadadır və onun diametri 1,5 · 10−15 m-dir. Neytronun ömrü təxminən 886 saniyə (15 dəqiqə) çəkir. Bununla neytron başqa qeyri stabil elementar hissəciklərə nisbətən ən çox yaşayanıdır.

Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne