Potsdam

Şəhər
Potsdam
Potsdam
Bayraq Gerb
Bayraq Gerb
52°24′ şm. e. 13°04′ ş. u.
Ölkə  Almaniya
Torpaq Brandenburq
Mer Yan Yakobs
Tarixi və coğrafiyası
İlk məlumat 993
Sahəsi 187.28 km²
Mərkəzin hündürlüyü 35 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 164 042 nəfər (2015)
Milli tərkibi Almanlar
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 (0) 331
Poçt indeksi 14467-14482
Nəqliyyat kodu P
Digər
potsdam.de
Xəritəni göstər/gizlə
Potsdam xəritədə
Potsdam
Potsdam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Potsdam (alm. Potsdam[ˈpɔtsdam]) — Almaniyanın şərqində Brandenburq torpağında yerləşən şəhər. Brandenburq torpağının paytaxtıdır. Hafel çayının sahilində və bir biri ilə birləşmiş göllərin yaxınlığında yerləşir. Berlin şəhərindən 20 km cənub-qərbə yerləşir[1]. 1945-ci ildə Potsdam konfransı bu şəhərdə keçirilmişdir.[2]

1918-ci ilə qədər Prussiya kralları və Alman imperatorları üçün kurort ərazi idi.[3]

Almaniyada yerləşən ən böyük Ümumdünya irsi abidəsi olan Sansusi sarayı bu şəhərdə yerləşir. Potsdamın cənub-şərq hissəsində yerləşən Babelsberq 1930-cu illərin əvvəllərində Almaniyada və bütün Avropada əsas film istehsalı studiyası olmuşdur. Bu kinostudiya dünyanın ən qədim genişmiqyaslı film studiyası hesab olunur.[4]

Potsdam XIX əsrdən etibarən Almaniyanın elm mərkəzi kimi inkişaf etməyə başladı. Hazırda şəhərdə üç ictimai kollec, Potsdam Universiteti və 30-dan çox axtarış institutu fəaliyyət göstərir.[5]

  1. "Almaniyanın şəhərləri arasında məsafə cədvəli". 2011-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
  2. "Potsdam conference". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  3. The Potsdam project, 1996, HRH The Prince of Wales, Charles; Hanson, Brian; Steil, Lucien; Prince of Wales's Urban Design Task Force; Prince of Wales's Institute of Architecture, Prince of Wales's Institute of Architecture, 1998, Introduction.
  4. "Babelsberg Studio Tour". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  5. "About the Potsdam University". 2017-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne