Resurslar

Resurslar- 1) mövcud texnoloji və sosial-iqtisadi əlaqələr zamanı realizasiya (istifadə) edilə bilən, insanların maddı və mənəvi rifahı üçün zəruri olan hər bir mənbə şərait. Resursların üç əsas qrupa bölünməsi qəbul edilmişdir: maddi, əmək, o cümlədən intellektual və təbii; 2) vasitələrin ehtiyatı, mənbələri; 3) lazım olan vaxt müraciət olunan (istifadə edilən) vasitələr (təsərrüfata cəlb olunmayan); 4) resurs əldə etmək üçün potensial mənbələr.[1]

Resurs təminatı resurs tələbatı ilə faktiki resursların arasında olan nisbətlə ölçülür.

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne