Rostov-na-Donu

Rostov-na-Donu
Ростов-на-Дону
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
47°13′21″ şm. e. 39°42′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1749
Sahəsi
Mərkəzin hündürlüyü 70 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.135.968 nəf. (1 yanvar 2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 863
Poçt indeksi 344000–344999
Digər
rostov-gorod.ru
Xəritəni göstər/gizlə
Rostov-na-Donu xəritədə
Rostov-na-Donu
Rostov-na-Donu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rostov-na-Donu (rus. Ростов-на-Дону) — Rusiyanın cənub-qərbindəki ən böyük şəhər, Cənub Federal Dairəsinin və Rostov vilayətinin inzibati mərkəzi. Hərbi Şöhrət şəhəri (2008)[2].

15 dekabr 1749-cu ildə imperatriça Yelizaveta Petrovnanın nizamnaməsi ilə qurulur[3]. Şərqi Avropa düzənliyinin cənub-şərqində, Don çayının hər iki sahilində, onun Azov dənizi ilə birləşməsindən 46 km və Qara dənizdən 380 km, Moskvadan 1092 km məsafədə yerləşir.

Əhalisi 1.137.704 nəfərdir (2021). Rusiyanın ən çox əhalisi olan onuncu şəhəridir. 2.16 milyondan çox insan Rostov aqlomerasiyası (ölkənin beşinci ən böyük aqlomerasiyası) daxilində yaşayır.

Şəhər böyük bir inzibati, iqtisadi, mədəni, elmi, təhsil, sənaye və Rusiyanın cənubundakı ən əhəmiyyətli nəqliyyat mərkəzidir. Qeyri-rəsmi olaraq Rostov "Qafqazın Qapısı"[4] və "Rusiyanın cənub paytaxtı"[5][6], həmçinin Donun paytaxtı adlanır. 21 fevral 2019-cu ildə Rostov-na-Donu qanunverici səviyyədə vilayətin paytaxtı olaraq tanınır[7][8].

2018-ci ildə Rostov-na-Donu Futbol üzrə Dünya Çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərdən biri olur[9].

  1. https://rostov-gorod.ru/ourcity/aboutrostov/aboutcity/.
  2. "Указ Президента Российской Федерации от 5 мая 2008 года № 556 "О присвоении городу Ростову-на-Дону почётного звания Российской Федерации "Город воинской славы""". 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
  3. "Официальный портал городской Думы и Администрации города". 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
  4. "Ростов-на-Дону — ворота Кавказа". // travel.ria.ru. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-8-29.
  5. "10 самых перспективных российских мегаполисов". // urbaneconomics.ru. 2014-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-8-29.
  6. Также "Южной столицей России" называют Краснодар
  7. Александр СЕВЕРСКИЙ | Сайт «Комсомольской правды». "Ростов-на-Дону законодательно признан региональной столицей" (rus). KP.RU - сайт «Комсомольской правды». 2019-02-21. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  8. "О статусе административного центра Ростовской области". special.donland.ru. 2020-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  9. "Ростов примет чемпионат мира по футболу в 2018 году" (rus). www.donnews.ru. 2013-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne