Tanabata

Sendayda Tanabata festivalı (2005).

Tanabata (七夕, たなばた?, azərb. Yeddinci axşam‎) və ya Ulduz festivalıYaponiyada hər ilin 7-ci ayının 7-ci günündə qeyd olunan festival. Çin mənşəli festivaldır. Ən böyük tədbirlər SendayHiratsuka şəhərlərində baş tutur. Festivalın baş tutacağı gün Qreqori təqviminə görə yox, ondan 1 ay qabaq olan Yaponiya Ay təqviminə görə müəyyənləşdirilir və buna görə də çox vaxt avqust ayında keçirilir. Festival zamanı küçələr bəzədilir və rəqslər baş tutur. Küçələrdə Tanabata mahnıları oxunur.[1] Tanabata sevgililərin görüşmə günü də hesab olunur.[1]

  1. 1 2 "Tanabata Nedir?". Asialogy (türkcə). 9 aprel 2019 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne