Tribunal

Tribunal (latın tribunal-divanxana; Məhkəmə; əsas mənası: Qədim Romada mühüm vəzifəli şəxslərin-konsulların, pretorların xidməti vəzifələrini yerinə yetirməkdən ötrü

oturduqları hündür yer, təpə)

  1. İnqilab dövründə, bəzi dövlətlərdə (Böyük Fransa İnqilabi, Böyük Oktyabr İnqilabı) — əksinqilaba və xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə aparmaq üçün təsis edilmiş fövqəladə Məhkəmələr;
  2. Hərbi Tribunallar -hərbi cinayətləri: hərbi qüvvələrin təhlükəsizliyi; hərbi nizam, hərbi xidmət qayda pozuntularını araşdıran Məhkəmələr;
  3. Beynəlxalq Hərbi Tribunallar -İkinci Dünya Müharibəsi bitdikdən sonra (1945), SSRİ, ABŞ, İngiltərə və Fransa dövlətlərinin birgə razılığı ilə təsis olunmuş, əsas hərbi canilərini təqib edən və cəzalandıran Məhkəmələr (Nyurnberq və Tokio prosesləri);
  4. Fransada, İtaliyada birinci instansiya Məhkəməsi və barışdırıcı Məhkəmənin baxdığı işlər üzrə appelyasiya Məhkəmə instansiyası; bəzi Ali Məhkəmələrin adı.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne