Vasabi

Vasabi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vasabi (lat. Eutrema japonicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin evtrema cinsinə aid bitki növü.

Yaponiyanın Honşu adasında, Sakit okean sahillərində yerləşən İdzu yarımadasındakı plantasiyalarda yetişdirilən vasabi.

Çoxillik vasabi bitkisinin kökündən, yarpaqlarından alınan məşhur yapon ədviyyatı.[1] Vasabinin iri ürək formalı yarpaqları olur və kələmkimilər fəsilsinə aiddir.[2] Bitki ilk dəfə Yaponiyada X əsrdə becərmişlər. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Onun dadının və qoxusunun xoş olduğunu görən yaponlar kütləvi surətdə vasabi yetişdirməyə başlamışlar.[3][4]

Onu bəzən yapon xreni də adlandırırlar. İndi Cənubi Koreyada, Çində, ABŞ-də, Yeni Zellandiyada vasabinin yetişdirilməsi ilə xüsusi məşğul olurlar. Vasabidən xüsusi ədviyyat hazırlanır. Bu ədviyyat istiot, qida boyaları və müxtəlif ədviyyatların qarışımından hazırlanır və yaşıl rəngdə olur.[5] Təbii yolla əldə edilmiş vassabini hava olmayan xüsusi polietilen paketdə saxlamaq lazımdır. Marketdən alınmış vasabini isə hermetik bankada saxlamaq lazımdır. Bu şəkildə bir dəfə istifafdə edilmiş vasabinin qalan hissəsini 1 ay saxlamaq mümkündür.[6]

  1. "Eutrema japonicum (Miq.) Koidz". The Plant List. 21 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2016.
  2. "Wasabia japonica". Multilingual Multiscript Plant Name Database, University of Melbourne. 28 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2016.
  3. Morgan, Lynette. Hydroponic Production of Wasabi & Japanese Vegetables // Weller, Thomas; Peckenpaugh, Douglas (redaktorlar ). The Best Of Growing Edge International, 2000–2005. New Moon Publishing. 2005. səh. 57. ISBN 978-0-944557-05-1. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2016.
  4. わさびの歴史. Kinjirushi. 2001. 18 April 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 August 2016.
  5. "Definition of rhizome - Merriam-Webster's Student Dictionary". wordcentral.com. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-13.
  6. Frequency of "wasabi" and "sushi" in English-language sources from 1950 to 2008 wasabi vs. sushi in Google Books Ngram Viewer; wasabi tracks sushi, not other Japanese foods Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne