Yanus

Yanus
Mifologiya Qədim Romada din, Qədim Roma mifologiyası
Təsir sahəsi Əkin, Darvaza, zaman, dualizm
Cinsi kişi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

YanusRoma mifologiyasında zamanın, başlanğıcların və sonların, seçimlərin, açarların və qapıların tanrısıdır (yunanca : Ιανός (Ianós kimi tələffüz edilir — qapı sözündəndir). Roman iyerarxiyasında (diuum deus) ən yüksək rütbəli Tanrı hesab edilən Yanus digər Tanrılardan daha böyük imtiyaza sahibdir. İki üzlü təsvir edilir. Yanusun gənc üzü gələcəyi qoca və saqqallı üzü isə keçmişi simvolizə edir. O ilin və müharibə mövsümünün (onun məbədinin qapıları Romada sülh zamanı qapalı olurdu) açılışına rəhbərlik edən Portunus ilə birlikdə "qapılar Tanrısı"dır. Müharibə zamanı müharibənin nəticələrini əvvəlcədən təxmin etmək üçün Yanus məbədlərində ayinlər keçirilərdi. Kral Numa nın öz adını verdiyi Yanvar (januarius) ayı ona həsr edilib.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne