Zebr

Zebr
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Hippotigris

Zebr (lat. Hippotigris) — atlar fəsiləsinin atlar cinsinin Dağ zebri (Equus (Hippotigris) zebr), Səhra zebri (Equus (Hippotigris) grevyi) və Düzənlik zebri (Equus (Hippotigris) quagga) növlərini əhatə edən yarımcins. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır.

Dağ zebrları onların ən kiçikləridir. Hündürlükləri 118–132 santimetrə, çəkiləri 204–257 kiloqrama çatır. Zebra balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlar su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebrların yanında qalırlar.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne