Andorra

Andorra
Principat d'Andorra
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Virtus Unita Fortior, El País dels Pirineus
Rəsmi dilləri
Paytaxt Andorra la Vella
baş nazir Antoni Marti Petit [V.2011~ ]
Sahəsi Dünyada 193-cü
 • Ümumi 468 km²
 • Su sahəsi (%) 0,26
Əhalisi
 • Əhali 82 min nəfər (201-ci)
 • Siyahıyaalma (1989) 46 166 nəf.
 • Sıxlıq 175 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 3 214 million dollar (180-ci)
 • Adambaşına 37 200 dollar (36-cı)
Valyuta avro
İnternet domeni .ad
ISO kodu AD
BOK kodu AND
Telefon kodu +376
Saat qurşaqları
  • Mərkəzi Avropa vaxtı[d]
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Andorra

Andorra (kat. Andorra) və ya rəsmi adı ilə Andorra Knyazlığı (kat. Principat d'Andorra) — Cənubi Avropada mikrodövlət. Andorra dənizə çıxışı olmayan ölkələrdən biridir və Pireney yarımadasının şərqində yerləşir. Şimalda Fransa, cənubda isə İspaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Andorra la Vella, ümumi sahəsi 467,63 kvadrat kilometr, əhalisinin sayı 79000 (2021) nəfərdir.[2] İdarəetmə forması konstitusiyalı monarxiya olan ölkə Fransa Respublikasının prezidenti və Urjel yepiskopu tərəfindən birgə idarə olunur.

Andorranın sahəsi 465 kv. km-dir. Ölkə Şərqi Pireneyin cənub yamacında, Ebro hövzəsinə aid Cerpe çayının qolu Valiranın orta və yuxarı axını boyu dağ dərəsində yerləşir. Onu qərbdən, şərqdən və eləcə də Fransa tərəfdən hündürlüyü 2500 m-ə qədər olan sıldırım dağ yamacları əhatə edir. Ölkənin yerləşdiyi dərə İspaniya tərəfə açıqdır.[3]

Sahəsinə görə Avropanın mikro dövlətləri içərisində ən böyüyü olsa da, dünya ölkələri işərisində 176-cı, Qərbi Avropada isə 20-ci yeri tutur. Koma Pedros adlanan zirvənin dəniz səviyyəsindən hündürlüyü 2949, Kapa zirvəsinin hündürlüyü isə 2629 metrdir.[4]

  1. http://chartsbin.com/view/edr.
  2. http://banker.az/andorra-s%C9%99xsi-hec-n%C9%99yi-olmayan-olk%C9%99/Andorra[ölü keçid] – şəxsi "heç nəyi" olmayan ölkə!
  3. G. A. Hacıyeva Dünyanın cırtdan dövlətləri. Bakı, Elm. 1991
  4. C. Məmmədov, T. Gərayzadə "Qərbi Avropa Dövlətləri" Bakı, 2001

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne