Aspaziya

Aspaziya
q.yun. Ἀσπασία
Doğum tarixi e.ə. 470[1]
Doğum yeri
Vəfat tarixi e.ə. 400
Vəfat yeri
Həyat yoldaşları
Fəaliyyəti rhetorician, filosof, orator, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aspaziya ya da Miletli Aspaziya (yun. Ἀσπασία; e.ə. 470[1], Milet[1]e.ə. 400, Afina) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın.[3] Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir.

Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir.[4] Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir. Aspaziyanın Perikldən olan oğlu Gənc Perikl daha sonra Afinada general olmuş və Arqinus döyüşündən sonra edam edilmişdir. Periklin ölümündən sonra, Aspaziyanın digər bir afinalı dövlət xadimi və general olan Lisikl ilə evləndiyi barədə məlumat vardır.

  1. 1 2 3 4 5 6 Аспазия (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский Сент-Питерсберг: Брокгауз — Ефрон, 1890. Т. II. С. 299–300.
  2. 1 2 Любкер Ф. Aspasia (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 169–170.
  3. S. Monoson, Plato's Democratic Entanglements, 195
  4. R.W. Wallace, Review of Henry's book Arxivləşdirilib 2008-12-11 at the Wayback Machine

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne