Bibliya

Qutenberq Bibliyası həm də dünya tarixində çap edilmiş ilk kitabdır

BibliyaXristianlığın Müqəddəs Kitablar toplusu. Bibliya Əhdi-Ətiq (Əski Əhd) və Əhdi-Cədid (Yeni Əhd) adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır.[1] Bibliya 66 kitabdan ibarətdir. Bunlardan 39-u Əhdi-Ətiqə, 27-si Əhdi-Cədidə daxildir.

Müqəddəs Kitab bütün zamanların ən çox satan kitab hesab olunur və 100 milyon nüsxə illik satış qiymətləndirmişdir.[2][3] Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Bibliya dünyada birinci yeri tutur. 2007-ci ilin sonunadək Bibliya dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir.[4]

Müqəddəs Kitab ilk dəfə Katolik Kilsəsində toplu hala gətirildi və ilk tərcümə Katolik Kilsəsi tərəfindən olunmuşdur. İlk tərcümə Müqəddəs Jerome tərəfindən edilmişdir latın dilinə.


Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir.

  1. Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). http://alizadeh.narod.ru/kitablar/Xristianliq/1.2.html Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
  2. "Best selling book of non-fiction". 2014-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-15.
  3. "The battle of the books". 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-15.
  4. Müqəddəs Kitab. Əhdi-Ətiq və Əhdi-Cədid. Müqəddəs Kitab Şirkəti, Bakı 2009. Səh. i

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne