Fyodor Dostoyevski

Fyodor Dostoyevski
rus. Фёдор Михайлович Достоевский
Təxəllüsü Д., Друг Кузьмы Пруткова, Зубоскал, —ий, М., Летописец, М-ий, Н. Н., Пружинин, Зубоскалов, Ред., Ф. Д., N.N.
Doğum tarixi 30 oktyabr (11 noyabr) 1821[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 yanvar (9 fevral) 1881[2][1][…] (59 yaşında)
Vəfat yeri Sankt Peterburq
Vəfat səbəbi Emfizem
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d][2]
Həyat yoldaşları
Fəaliyyəti tərcüməçi, roman yazıçısı, esseist, hekayə yazıçısı[d], jurnalist, filosof, bioqraf, yazıçı, publisist, nasir
Fəaliyyət illəri 1844–1880
Əsərlərinin dili rus dili
İstiqamət ədəbi realizm
Tanınmış əsərləri
Üzvlüyü
İmza
fedordostoevsky.ru
Vikimənbənin loqosu Fyodor Dostoyevski Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 30 oktyabr (11 noyabr) 1821[1][2][…], Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası[5][4]28 yanvar (9 fevral) 1881[2][1][…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[7][8][…]) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.[9]

Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Yoxsul insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı.

1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, gülləyə düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı. Cəzası dörd il kürək, altı il də adi həbsə çevrildi. Cəzasını çəkməsi üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi. Burada keçirdiyi dörd ildən sonra ər rütbəsi ilə xidmətə verildi. Zabitliyə qədər yüksəldi. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evləndi. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski, 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı.

Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölü evdən qeydlər (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal çıxardı. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə Gizlindən Qeydlər (1864), Cinayət və cəza (1866), Qumarbaz (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazdı. Yoldaşının ölümündən sonra katibəsi ilə evləndi. Yenidən borclandı və qumarxanalarda gəzməyə başladı. Qızının ölümünün ardından böyük bir sarsıntı keçirdi.

Yeniyetmə (1875), Yazıçının gündəliyi (1876) və Karamazov qardaşları (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı. Karamazov qardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski bir ciyər qanamasıyla yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi. Dostoyevski üçün 31 yanvar 1881 tarixində təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasından getdi. Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox 20-ci əsr yazıçılarının fikirlərinə dərindən təsir etdi.

Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan PamukLev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe "O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr."

  1. 1 2 3 4 Белкин А. А. Достоевский Ф. // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
  2. 1 2 3 4 5 Кирпичников А. Достоевский, Федор Михайлович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. XI. С. 72–81.
  3. 1 2 Достоевская, Анна Григорьевна (rus.). // Доде — Евразия 1931. Т. 23. С. 331–332.
  4. 1 2 3 4 Catalog of the German National Library (alm.).
  5. 1 2 Кирпичников А. Достоевский, Федор Михайлович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. XI. С. 72–81.
  6. 1 2 (unspecified title). ISBN 0-691-01355-1
  7. Бороздин А. К. Достоевский, Федор Михайлович (rus.). // Русский биографический словарь СПб: 1905. Т. 6. С. 608–670.
  8. http://www.sciencedirect.com/science/article/pii/0304347981900478.
  9. Hans Kohn –. "Dostoyevski Millətçiliyi (tərc. Əli Kəbirli)". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-08-30 tarixində arxivləşdirilib.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne