Kriptovalyuta

Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv. Burada fərdi koin sahiblərinin qeydləri əməliyyat prosesini mühafizə etmək, əlavə koinlərin yaradılmasına nəzarət etmək və koin mülkiyyətinin ötürülməsini təsdiq etmək üçün güclü kriptoqrafiya istifadə edərək hazırlanan, komputerləşdirilmiş verilənlər bazası formasında mövcud olan ledcerdə saxlanılır.[1][2] Bu valyuta növü fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Kriptovalyutalar tipik olaraq mərkəziləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir.[3] Kriptovalyuta buraxılmadan əvvəl zərb edildikdə və ya yaradıldıqda və ya tək bir emitent tərəfindən verildikdə, ümumi olaraq mərkəzləşdirilmiş sayılır. Desentralizasiyalaşdırılmış nəzarət prinsipi ilə tətbiq edilən hər bir kriptovalyuta bölüşdürülmüş ledcer vasitəsi ilə işləyir. Ən çox istifadə edilən ledcer vasitələrindən biri ictimai maliyyə əməliyyatı verilənləri olan blokçeyn texnologiyasıdır.[4]

Bitkoin ilk dəfə 2009-cu ildə açıq mənbəli proqram təminatı kimi buraxıldıqda ilk desentralizasiyalaşmış kriptovalyuta oldu.[5] Bitkoin yaradıldıqdan sonra digər kriptovalyutalar da yaradıldı.

  1. Andy Greenberg. "Crypto Currency". Forbes. 20 April 2011. 31 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2014.
  2. Polansek, Tom. "CME, ICE prepare pricing data that could boost bitcoin". Reuters. 2 May 2016. 23 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2016.
  3. Allison, Ian. "If Banks Want Benefits of Blockchains, They Must Go Permissionless". International Business Times. 8 September 2015. 12 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2015.
  4. Matteo D'Agnolo. "All you need to know about Bitcoin". timesofindia-economictimes. 26 October 2015 tarixində arxivləşdirilib.
  5. Sagona-Stophel, Katherine. "Bitcoin 101 white paper" (PDF). 13 August 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 July 2016.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne