Legends of Runeterra

Legends of Runeterra
Hazırlayanlar Riot Games
Yayımlayanlar Riot Games
Buraxılış tarixləri 29 aprel 2020
Janrlar rəqəmsal kolleksiya kart oyunu
Texniki məlumat
Platforma Android, iOS, Microsoft Windows
Oyun rejimi çoxnəfərli oyun, birnəfərli oyun
İnterfeysin dili ingilis dili, rus dili, ispan dili, fransız dili
Daşıyıcı rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya
İdarəetmə sensor ekran
Rəsmi saytı

Legends of Runeterra (azərb. Runterra əfsanələri‎) və ya qısaca LoR – 2020-ci ilin aprelində Riot Games tərəfindən istehsal olunmuş və buraxılmış rəqəmsal kolleksiya kart oyunu. Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyununun dünyasına əsaslanır. Oyunu oynamaq pulsuzdur, sadəcə kosmetik vasitələr pulludur. Oyun Microsoft Windows, iOSAndroid platformaları üçün əlçatandır.

Oyunda məqsəd rəqibin canını sıfıra endirməkdir. Kartların müxtəlif növləri var və kartlar oyundakı 10 regiondan birinə və ya bir neçəsinə aiddir. Oyunun döyüş sistemi digər kart oyunlarından fərqlənir.

Oyunun bir çox personajı Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyunundan götürülmüşdür. İstehsalçıların qısa hekayələr, komikslər və animasiyalar vasitəsilə genişləndirdiyi Runterra uydurma dünyası oyunun kartları üçün mövzu təşkil edir.

"Legends of Runeterra" tənqidçilər tərəfindən bəyənilmiş, oyunun yüksək keyfiyyətli vizualları və əlçatanlığı təriflənmişdir. Oyun bir neçə mükafata layiq görülmüşdür.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne