Neptun (planet)


Neptun ♆
Kəşf edənCon Kauç Adams[1]
Kəşf tarixi23 sentyabr 1846[2][1][…]
Şərəfinə adlandırılıb
Neptun
Periapsidi4.459.753.056 km
Apoapsidi4.537.039.826 km
Böyük yarımoxu
4.503.443.661 ± 1 km, 4.498.396.417.009,5 m[3]
Sinodik fırlanma dövrü
31.751.136 san.[4]
Orta anomaliyası4,5 radian[5]
Əyilməsi0,030893 radian, 0,11 radian, 0,013 radian[3]
Qalxan milinin uzunluğu
2,300069 radian[3]
Perisentr arqumenti
0,784783 radian[3]
Nəyin peykidirGünəş
Özünə xas ekssentrisitet
0,009456[3]
Qütb sıxılması0,0171 ± 0,0013
Səthinin sahəsi
  • 7.618.300.000 km²[5]
Həcmi62.540.000.000.000 km³[5]
Kütləsi102.430 ± 10 yottagram
Orta sıxlığı
1.638 q/sm³[5]
11 metre per square second[5]
Temperatur72 K
min. 7,67, maks. 8[5]

NeptunGünəş sistemində səkkizinci və məlum olan ən uzaq planet.

Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.

Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı. Neptun daha sonradan 23 sentyabr 1846-cı ildə İohann Qotfrid Qal tərəfindən Urban Leveryenin qabaqcadan xəbər verdiyi mövqenin çox yaxınlığında müşahidə olundu. Neptunun ən böyük peyki olan Triton planetin kəşfindən qısa müddət sonra kəşf olunsa da, qalan 14 peyk XX əsrdə kəşf olunmuşdur. Neptun Yerdən çox uzaqda yerləşməsi səbəbindən kiçik görünür və bu da onun teleskoplarla müşahidəsini çətinləşdirir. 25 avqust 1989-cu ildə Voyacer 2 kosmik gəmisi Neptunun yaxınlığından keçərək müşahidələr aparmışdır.[6] Bundan başqa Habbl teleskopuYerdəki böyük teleskopların uyğun optik sistemlərindən istifadə olunaraq Neptunun uzaqdan da ətraflı müşahidəsi mümkün olmuşdur.

Neptunun tərkibi qaz nəhəngləri olan YupiterSaturndan fərqli olaraq Uranla oxşardır. Neptunun atmosferi Yupiter və Saturnda olduğu kimi əsasən HidrogenHelium olmaqla, KarbohidrogenlərAzotdan təşkil olunduğu halda, nisbətən yüksək miqdarda olan Su, AmmonyakMetan buzları ilə onlardan fərqlənir. Neptunun daxili Uran kimi buz və qayadan ibarətdir.[7] Bu fərqin olması səbəbindən, Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri olaraq təsnif olunmuşdur.[8] Neptunun göy rəngi planetin üst qatlarında mövcud olan Metandan qaynaqlanır.[9]

Uranın dumanlı və nisbətən durğun olan atmosferinin əksinə olaraq, Neptunun atmosferi aktivdir və hava hadisələri müşahidə olunur. Voyacer 2 kosmik gəmisinin 1989-cu ildəki uçuşu zamanı mövcud olan və Yupiterin Böyük qırmızı ləkəsinə oxşayan Böyük tünd ləkə buna örnək ola bilər. Bu hava hadisələrinin baş vermə səbəbi sürəti saatda 2100 kilometrə çatan Günəş sisteminin digər planetlərinə nəzərən ən güclü küləklərdir.[10] Günəşə uzaq olması səbəbindən planetin üst qatlarının istiliyi −218 °C-yə bərabərdir və bu göstərici ilə Neptun Günəş sistemində Urandan sonra bilinən ən soyuq planetdir. Neptunun mərkəzində istiliyin təqribən 5100 °C olduğu düşünülür.[11][12] Neptun zəif halqa sisteminə sahibdir. Planetin halqalarının olması 1960-cı illərdə məlum olsa da, Voyacer 2 kosmik gəmisi tərəfindən varlığı təsdiq olunmuşdur.[13]

  1. 1 2 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
  2. http://solarviews.com/eng/neptune.htm.
  3. 1 2 3 4 5 Standish E. M. Keplerian elements for approximate positions of the major planets (ing.). 2015. 3 p.
  4. http://www.webcitation.org/610c2BTlB.
  5. 1 2 3 4 5 6 https://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/neptunefact.html.
  6. Chang, Kenneth (18 October 2014). "Dark Spots in Our Knowledge of Neptune" Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine. New York Times.
  7. Podolak, M.; Weizman, A.; Marley, M. (December 1995). "Comparative models of Uranus and Neptune". Planetary and Space Science. 43 (12): 1517–1522. Bibcode:1995P&SS…43.1517P. doi:10.1016/0032–0633(95)00061–5.
  8. Lunine, Jonathan I. (September 1993). "The Atmospheres of Uranus and Neptune". Annual Review of Astronomy and Astrophysics. 31: 217–263. Bibcode:1993ARA&A..31..217L. doi:10.1146/annurev.aa.31.090193.001245.
  9. Munsell, Kirk; Smith, Harman; Harvey, Samantha (13 November 2007). "Neptune overview" Arxivləşdirilib 2017-12-02 at the Wayback Machine. Solar System Exploration. NASA.
  10. Suomi, V. E.; Limaye, S. S.; Johnson, D. R. (1991). "High Winds of Neptune: A possible mechanism". Science. 251 (4996): 929–932. Bibcode:1991Sci…251..929S. doi:10.1126/science.251.4996.929. PMID 17847386.
  11. Hubbard, W. B. (1997). "Neptune's Deep Chemistry". Science. 275 (5304): 1279–1280. doi:10.1126/science.275.5304.1279. PMID 9064785.
  12. Nettelmann, N.; French, M.; Holst, B.; Redmer, R. "Interior Models of Jupiter, Saturn and Neptune" (PDF). University of Rostock.
  13. Wilford, John N. (10 June 1982). "Data Shows 2 Rings Circling Neptune" Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine. The New York Times.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne