Rodos

Rodos
yun. Ρόδος
Attaviros dağının və Rodos adasının qərb hissəsinin mənzərəsi
Attaviros dağının və Rodos adasının qərb hissəsinin mənzərəsi
Ümumi məlumatlar
Sahəsi 1398 km²
Uzunluğu 78km
Eni 38km
Hündür nöqtəsi 1.215 m
Əhalisi 125.000 nəfər
Yerləşməsi
36°11′01″ şm. e. 27°57′50″ ş. u.
Ölkə  Yunanıstan
Akvatoriya
Rodos xəritədə
Rodos
Rodos
Rodos (Yunanıstan)
Rodos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir. Rodos Yunanıstanın ən əsas turizm mərkəzlərindən biridir.

Adanın inzibati mərkəzi şimal-şərqdə yerləşən Rodos şəhəridir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne