Trebonian Qall

Trebonian Qall
lat. Gaius Vibius Trebonianus Gallus
iyun 251 – avqust 253
ƏvvəlkiDesi
Şəxsi məlumatlar
Doğum tarixi 206[1]
Doğum yeri
Vəfat tarixi avqust 253
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Vibi Trebonian Qall (lat. Gaius Vibius Trebonianus Gallus),[2] Roma tarixşünaslığında daha çox Trebonian Qall kimi tanınır (206[1], Perucaavqust 253, Terni, Umbriya) — 251–253-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru.

Trebonian Qall qədim etrusk ailəsindən gəlirdi. O, mperator Desi Trayanın hakimiyyətinin sonunda Myoziya vilayətlərindən birinin mirasçısı kimi xidmət etmişdir. Qall bu vəzifədə ikən qotlara qarşı müharibədə iştirak etmişdir. Desi Abritt döyüşündə həlak olduqdan sonra Trebonian ordu tərəfindən imperator elan edilmişdir. O, qotlarla sülh bağlamış, lakin onlar tezliklə bunu pozmuşdular. Bundan əlavə, onun hakimiyyəti şərqdə Sasani dövləti ilə müharibə ilə yadda qalmışdır.

253-cü ildə qotları məğlub edən sərkərdə Mark Emili Emilian özünü imperator elan edərək üsyan qaldırmış, qoşunları ilə birlikdə İnteramnaya çatmışdır. Qallın döyüş üçün böyük bir ordu toplamağa vaxtı yox idi. Nəhayət, legionerlər üsyan edərək onu oğlu Voluzian ilə birlikdə öldürmüşdülər.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #129344966 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Cooley, Alison E. The Cambridge Manual of Latin Epigraphy. Cambridge University Press. 2012. səh. 498. ISBN 978-0-521-84026-2.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne