Yelizaveta Petrovna

Yelizaveta Petrovna
Şəxsi məlumatlar
Doğum tarixi 29 dekabr 1709(1709-12-29)[1][2]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1762(1762-01-05)[3][4][…] (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
Sülalə Romanovlar sülaləsi
Atası I Pyotr[7][5]
Anası I Yekaterina[7][5]

Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yelizaveta Petrovna (rus. Елизаве́та Петро́вна; (29 dekabr 1709[1][2], Kolomenskoye[d] və ya Moskva[5]5 yanvar 1762[3][4][…], Sankt-Peterburq[6][5]) — 1741-ci ildən ölümünədək Rusiya imperiyasının imperatriçası olmuşdur. XVIII əsrin iki böyük Avropa müharibəsi zamanı ölkəni idarə etdi: Avstriya vərasət müharibəsi (1740–1748) və Yeddiillik müharibə (1756–1763). Ölümü əsnasında imperiya 16,200,000 km2 əhatə edirdi.

Yürütdüyü daxili siyasət nəticəsində zadəganlar hakimiyyətdə söz sahibi oldular. Mixail Lomonosovun Moskva Universitetini və İvan Şuvalovun Sankt Peterburqdakı İncəsənət Akademiyasını qurmaqda himayədarlıq etdi. Eyni zamanda ən sevimli memarı olan F. B. Rastrellinin xüsusilə Peterhofda inşa etdiyi barokko üslubundakı əsərləri maliyyələşdirdi. Sankt Peterburqdakı Qış sarayıSmolnı kafedralı onun səltənətinin əsas memarlıq əsərləridir. Prussiyaya qarşı yürütdüyü sərt siyasətlə və səltənəti dövründə ölüm hökmü çıxarmamaqla tanınmışdır.[8]

  1. 1 2 Elizabeth // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Elisabet (швед.). SLS.
  3. 1 2 Elisabeth Petrowna // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Elisabet I de Rússia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  5. 1 2 3 4 5 6 Catalog of the German National Library (alm.).
  6. 1 2 Елизавета Петровна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  7. 1 2 Lundy D. R. Elizabeta Petrovna Romanov, Tsarina of Russia // The Peerage (ing.).
  8. Russian Tsars by Boris Antonov, p.105.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne