Yuli Sezar

Yuli Sezar
lat. GAIVS IVLIVS CAESAR
lat. DIVVS IVLIVS
bayraq
Siyasi xadim, sərkərdə
bayraq2
Əvvəlkiyoxdur
SonrakıOktavian Avqust
Şəxsi məlumatlar
Doğum tarixi ən tezi 12 iyul e.ə. 100ən geci 13 iyul e.ə. 100[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 mart e.ə. 44[3][4][…] (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qanaxma
Dəfn yeri
  • Sezar məbədi[d]
Fəaliyyəti orator, memuarçı, rəhbər[d], şair, siyasətçi, hərbi lider[d], yazıçı, tarixçi
Uşaqları
Ailəsi Yulilər-Klavdilər
Dini Qədim Romada din
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100ən geci 13 iyul e.ə. 100[1][2][…], Roma[8]15 mart e.ə. 44[3][4][…], Pompey teatrı[d], Roma respublikası[9][10]), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius KatoMarkus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius KrassusGnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə PompeySenatla münasibətləri korlandı. e.ə. 49-cu ildə Rubikon çayını keçməsilə başlayan müharibə nəticəsində Romanın tək hakimi halına gəldi. İdarəetməni ələ almasından sonra Roma cəmiyyətini və idarəetməsini əhatə edən geniş islahatlara başladı. Ömürlük diktator (diktator perpetuus) elan edildi və respublika bürokratiyasını özünə tabe etdirdi. Ancaq Sezarın köhne dostlarından Markus Junius Brutusun rəhbərliyindəki və keçmiş respublikanı bərpa etməyi arzulayan bir qrup senator tərəfindən e.ə. 44-cü il, 15 martda öldürüldü. Sui-qəsdin ardından başlayan yeni müharibə Sezarın varisi Gaius Oktavianusun Roma dünyası üzərində avtoritar güc halına gəlməsinə səbəb oldu. Sezar öldürülməsindən iki il sonra, e.ə. 42-ci ildə Senat tərəfindən rəsmən müqəddəsləşdirildi və Roma tanrılarından biri elan edildi. Sezarın həyatı haqqında məlumatların çoxu hərbi səfərlərindən bəhs etdiyi və özü tərəfindən yazılmış olan "Şərhlər" (Commentarii) adlı xatirələrindən, Mark Tulli Siseron kimi siyasi rəqiblərinin məktublarından, Sallastiusun tarixi yazılarından və Katullusun şerləri kimi müasiri olan qaynaqlardan əldə edilmişdir. Həyatına dair ətraflı məlumat sonrakı əsrlərdə yaşamış olan İsgəndəriyyəli Appian, Qaius Svetoni Trakvill, Plutarx, Kassius DioStrabon kimi tarixçilər tərəfindən verilmişdir.

  1. 1 2 http://www.bbc.co.uk/history/historic_figures/caesar_julius.shtml.
  2. 1 2 datos.bne.es (isp.): El portal de datos bibliográficos de la Biblioteca Nacional de España. 2011.
  3. 1 2 Parenti M. The Assassination of Julius Caesar: A People's History of Ancient Rome. The New Press, 2003. S. 167. ISBN 978-1-4587-8435-3
  4. 1 2 Goldsworthy A. Caesar, Life of a Colossus (ing.). 2006. P. 505.
  5. Н. О. Юлия (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLI. С. 370.
  6. 1 2 3 http://www.strachan.dk/family/iulius_patrician.htm.
  7. Цезарион (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1903. Т. XXXVIIа. С. 891.
  8. 1 2 Deutsche Nationalbibliothek Record #118518275 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  9. 1 2 http://www.nytimes.com/1989/10/08/travel/there-s-a-small-hotel-rome-charm-and-efficiency.html.
  10. 1 2 http://www.funtrivia.com/en/subtopics/Cleopatra-Last-Queen-Of-The-Nile-123331.html.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne