Arsen

33 germaniumarsenselen
P

As

Sb
Ümumi
Ad, İşarə, Nömrə arsen, As, 33
Qrup, Dövr, Blok 15, 4, p
Xarici görünüşü
Atom kütləsi 74.92160 q/mol
Elektron formulu [Ar] 4s2 3d10 4p3
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu °C
( K, °F)
Qaynama temperaturu °C
( K, °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Arsen (As) və ya Sıçanotu[1][2] – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları (rusca mış) zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca adı (Arsenicum) yunan sözü arsenikona (fars mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar. Dalın lüğətində bu mineral avripiqment adlandırılıb (latın auripigmentun sözünün köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı” adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı şəklində rast gəlir; onun adı ərəb sözü raxc əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu” deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını almışdır (tərkibin sabitliyi qanunu kəşv etmiş fransız kimyaçısı Jozef Lui Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn, çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As – İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır (yunanca kakodes – “iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha çox məlumdur. Qəribədir ki, bu maddə Kade mayesi adlanır – fransız kimyaçısı və farmasefti, Sevrsk farfor zavodunun direktoru Lui Klod Kade de Qassikurun (1731-1789) şərəfinə Kalium asetatı arsen (III) oksid ilə birgə qovaraq o, ilk dəfə olaraq bu, arsen üzvi birləşməni mənfur iyli, tüstülənən maye şəklində almışdır. Dəri yaralarını zəhərləyən maddə lüizit (ClCH=CHAsCl2) isə xoşagələn ətirşah iyinə malikdir. O, ilk dəfə olaraq onu 1918-ci ildə sintez edən Amerika kimyaçısı Uinford Li Lüisin (1878-1943) şərəfinə adlandırılıb. Bu adı daha məşhur olan Amerika kimyaçısı Hilbert Nyuton Lüisin (1875-1946) adı ilə səhv salmaq olmaz.

Arsenə malik ən məşhur üzvi maddələrdən biri salvarsandır. Onu 1909-cu ildə alman kimyaçısı və biokimyaçısı, Nobel mükafatı laureatı Paul Erlix (1851-1915) siflis və digər oxşar xəstəlikləri müalicə üçün almışdır. O, bu maddəni “preparat 606” adlandırmışdır – bu, heyvanlar üzərində müalicəvi təsiri öyrənmək üçün istifadə olunan preparatın sıra nömrəsi idi. Sonralar bu maddə salvarsan adlandırıldı. Latınca salvo – “xilas edirəm” və arsenicum – “arsen” sözlərindəndir. Salvarsanın strukturu Erlixin portreti ilə birlikdə 1989-cu ildə buraxılmış 200 markalıq AFR pulu üzərində təsvir olunmuşdur.

Arsen elementi təmiz halda və yüksək qatılıqda zəhərlidir. Eyni zamanda bir çox arsen birləşmələri də (arsen anhidridi, arsenitlər, arsenatlar) güclü toksiki maddələr hesab edilir. Misəridən zavodlar, boz daş kömür istifadə edən elektrik stansiyaları ətraf mühiti arsenlə çirkləndirir. Nəticədə içməli suda, torpaqda, bitkilərdə arsenin miqdarı artır. Bu isə öz növbəsində südün, ətin və meyvə-tərəvəzin arsenlə çirklənməsinə səbəb olur.

Ümumdünya səhiyyə təşkilatı müəyyən etmişdir ki, gündə orqanizmə qida məhsulları və digər mənbələrdən düşən arsenin miqdarı insan bədəninin hər kq-na 0,05 mq-dan çoх olmamalıdır.[3]

Arsen sərbəst halda alman əlkimyaçısı Albert Maqnus tərəfindən 1250-ci alınmışdır. Lakin arsen birləşmələrindən Albert Maqnusdan çox əvvəl istifadə etmişlər. Arsen aktiv element olduğu üçün təbiətdə sərbəst halında rast gəlinmir. Arsenə Yer qabığında bir sıra mineralların tərkibində rast gəlinir: As2S3-auripiqment, As4S4-realqar, As2O3-arsenolit, FeAsS-arsen kolçedanı, FeAs2-l lellingit və s. Arsen elementi 817oC-də əriyir, 886oC-də isə sublimasiya edir. Arsen buxarı As4 molekullarından ibarətdir və tetraedrik quruluşludur, 1325oC-də As2-yə dissosiasiya edir.

  1. https://www.azleks.az/online-dictionary/m%C9%99rg%C3%BCm%C3%BC%C5%9F?s=my Arxivləşdirilib 2022-02-13 at the Wayback Machine mərgümüş. Fars dilindən keçib, bizdə onun yerinə siçanotu işlədilib. Mərg (морг) bir çox dillərdə işlədilir və “öldürmək” (ölmək) anlayışı ilə bağlıdır. Müş (мыш, муш) sözü də çox dildə işlədilir, mənası “siçan”, “əzələ” deməkdir. Mərgümüş “si­çan öldürən” mənasını ifadə edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Etimologiya lüğəti
  2. Türk-tatar ləhcələrinin lüğəti, L. Budaqov, 1869, I Cild (s.621)
  3. Musayev N.Х. "Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları". Dərslik. Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2003 – 368 səh.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne