Qalay

50 indiumqalaystibium
Ge

Sn

Pb
Ümumi
Ad, İşarə, Nömrə qalay, Sn, 50
Qrup, Dövr, Blok 14, 5, p
Xarici görünüşü
Atom kütləsi 118.710 q/mol
Elektron formulu [Kr] 4d10 5s2 5p2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 231.93 °C
(505.08 K, 449.47 °F)
Qaynama temperaturu 2602 °C
(2875 K, 4716 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur.

Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur. Qalay mədə fermenti qastrinin tərkibinə daxildir, flavin fermentlərinin aktivliyinə təsir edir, böyümə prosesini gücləndirə bilir.

Orqanizmdən qalay sidik, nəcis və tər vasitəsi ilə xaric olunur. İnsan üçün zəhərlilik dozası 2q-dır.

Qalay insan orqanizminə aşağıdakı əsas mənbələr vasitəsi ilə daxil olur:

Bitki mənşəli məhsullar: tərəvəz.

Heyvan mənşəli məhsullar: piylər, yağlı balıq.

Qalayın daha geniş məlum olan və insan tərəfindən geniş istifadə olunan birləşmələri aşağıdakılardır:

SnS2 – qalay disulfid, susal qızılı

SnO2 – qalay oksid. Kassiterit, qalay daşı

Cu2FeSnS4 – stanin, qalay kolçedanı.

Qalay hələ qədimdən insanlara məlum olan metallardan biridir. Qalayın mis ilə ərintisi – bürünc 4000ildən çox əvvəl ilk dəfə alınmışdır.

Insan bədənində qalay atomlarının sayı 1,5·1020, bir insan hüceyrəsində isə 1,5·106 ədəddir.

Qalayın qida məhsulları ilə orqanizmə daxil olan sutqalıq miqdarı 0,004 mq-dır. Qalay və onun oksidi SnO2 qida turşularının, duzların və qidanın digər komponentlərinin təsirinə davamlıdır. Odur ki, ondan ağ dəmiri (tənəkəni) qalaylamaq üçün istifadə olunur. Belə qalaylanmış materialdan konserv bankaları hazırlanır. Akademik A. E. Fersman qalayı konserv bankası metalı adlandırmışdır.

Qalay taunu hadisəsi adi ağ qalayın digər şəkildəyişməyə — boz qalaya çevrilməsidir. Belə ki, 14 °C-dən aşağı temperaturda sıxlığın xeyli dəyişməsi səbəbindən metal boz toza çevrilir. Qütb tədqiqatçısı R. Skottun Cənub qütbünə 1912-ci ildə ekspedisiya zamanı yanacaq ehtiyatı itkisi səbəbindən bütün ekspedisiya məhv olunmuşdu. Yanacaq qalay ilə lehimlənmiş baklarda idi və ağ qalayın boz qalaya çevrilməsi mənfi 33 °C-də daha sürətliə getdiyindən baklar deşilmiş, yanacaq axıb tökülmüşdür.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne