Asiya

Asiya
43°40′52″ şm. e. 87°19′52″ ş. u.
Tarixi və coğrafiyası
Sahəsi
  • 44.614.500 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.164.252.000 nəf. (2011)
Xəritəni göstər/gizlə
Asiya xəritədə
Asiya
Asiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4

mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir. Təbii artıma gəldikdə, illik orta artım −1,1% ən cox artımda Yəməndə −3,40%, ən az artım isə Gürcüstanda −0,31%-dir. Əhalinin orta ömur müddəti kişilər üçün — 68,8 il, qadınlar üçün isə 66,4 ildir. Uzunömürlük kişilərdə isə −77,7 il (Yaponiyada), qadınlar yenə Yaponiyada — 84,2 ilə çatır. Ən az ömür müddəti isə Əfqanıstanda müşahidə edilir. Asiyada savadlılığın orta göstəricisi 71% olmaqla Yaponiyada 99%-ə, ən az Nepalda 26% təşkil edir.

Asiyada 48 dövlət, iki xüsusi statusa malik olan ərazi var. Sakit okeanda Britaniya ərazisində və Fələstindən ibarətdir. İdarə olunma formasına görə 34 respublika,14 monarxiya mövcuddur. Deyilənlərdən 4-ü federativ quruluşa, 9-u konstitusiyalı monarxiya, 5-i isə mütləq monarxiyaya malik olan dövlətlərdir. Asiya əhalisinin irqi, milli və dil tərkibi çox mürəkkəbdir. Burada bəşəriyyətin 4 aparıcı irqi mövcuddur. Bu monqoloid, avropoid, avstrolid və neqroid irqləridir. Regionda mindən artıq xalq yazır ki, onlar da 200-dən artıq dil və dialektə aiddirlər. Hindistan, indoneziya Filippin, İran, Əfqanıstan, Pakistan, Malaziya və digərləri çoxmillətli dövlət sayılırlar. Banqladeş, Yəmən, Kampuçiya, Çin, Koreya Xalq Demokratik Respublikası, Maldiv, Yaponiya azsaylı milli tərkibə malik olan dövlətlərdir. İslam, induizm, buddizm dinləri aparıcı sayılır[1].

Asiya Avropa ilə birlikdə 54 mln. km²-lik sahəsi ilə dünyanın ən böyük qitəsidir. Əsasən şərq yarımkürəsində yerləşir. O, Avrasiya materikinin 4/5-dən çoxunu əhatə edir. Asiyanın sahəsi Cənubi Amerika, Antraktida və Avstraliyanın birgə götürülmüş sahəsindən daha çoxdur. Bu qitə Avrasiya materikinin şimal-şərq, şərq, cənub və cənub-şərq hissələrini əhatə edir. Asiya qərbdən şərqə doğru 10.200 km, şimaldan cənuba doğru 7.000 km məsafədə uzanır. Avropa ilə Asiyanın şərti sərhədi Ural dağlarının şərq ətəkləri, Ural və ya Emba çayı, Xəzər dənizinin şimal sahilləri, Kuma-Manıç çökəkliyi, Don çayının aşağı axını, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi olaraq qəbul edilmişdir. Afrika ilə Asiyanı bir-birindən Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı və Ədən körfəzi ayırır.

Asiya Yer kürəsinin yeganə qitəsidir ki, onun sahillərini dörd okeanın suları əhatə edir. Asiyanın qərb və cənub-qərb sahilləri daha çox girintili-çıxıntılıdır. Asiyanın şərq sahillərini Sakit okeanın suları əhatə edir. Materikin cənub və cənub-qərb sahillərini isə Hind okeanının suları əhatə edir. Burada nəhəng Ərəbistan yarımadası Ərəbistan və Hindistan yarımadası Hindistan yarımadaları, onları ayıran Ərəbistan dənizi və Benqal körfəzi yerləşir. Qırmızı dəniz Asiya sahillərində yerləşən ən isti dənizdir. Asiyanın cənub sahillərində adalar azdır. Şri-Lanka buradakı ən iri adadır. Hind okeanı sahillərində musson cərəyanları çox böyük təsir göstərir.

Atlantik okeanı suları Asiyanın ucqar cənub-qərb qurtaracağı olan Kiçik Asiya yarımadasını əhatə edir. Bu yarımadanı qərb sahilləri olduqca girintili-çıxıntılıdır. Kipr adası Asiyanın Atlantik okeanı hövzəsinə aid olan ən böyük adasıdır. Asiyanın bir qrup böyük ada və yarımadaları olan Yamal, Taymır,Çukot yarımadaları və Novosibirsk adaları Şimal Buzlu okeanında yerləşir. Berinq boğazı Asiyanı Şimali Amerikadan ayırır.Şimal Buzlu okeanındakı dənizlərin hamısı qışda donur.

  1. R.H.Məmmədov, Tofiq Bəhrəçi, V.Z.Mehdiyüva, T.Quliyev

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne