Braziliya

Braziliya Federativ Respublikası
República Federativa do Brasil
Braziliya Bayrağı Coat of arms of Brazil.svg
(Braziliya bayrağı)
Şüar: Portuqalca: Ordem e Progresso
Azərbaycanca: "Sabitlik və tərəqqi"
himn
LocationBrazil.png
Rəsmi dil Portuqal dili
Paytaxt Brazilia
Prezident Jair Bolsonaru
Ərazi
 — Ümumi
 — % Su
5-ci yer
8 514 215,3 km²[1]
0.65%
Əhali
 — Ümumi
 — Əhali sıxlığı
5-ci yer
186 112 794
22/km²
Pul vahidi Braziliya realı
Saat qurşağı UTC −3 −5 (Rəsmi: −3)
Hərəkət yönü

sağ

ISO 3166

BR

İnternet kodu .br
Telefon kodu 55
Braziliya

Braziliya və ya Braziliya Federativ Respublikası (port. República Federativa do Brasil) — Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, QayanaFransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə ArgentinaParaqvay, qərbdə BoliviyaPeru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim VazAtol das Rocas.

Braziliya ekvatorOğlaq tropiki tərəfindən iki yerə bölünür. Ölkə müxtəlif florafauna ilə zəngindir. Braziliyanın əhalisi əsasən sahilboyu yerləşən iri şəhərlərdə cəmləşib. Əhalisinin sayına görə dünyanın iri ölkələrindən biri olmasına baxmayaraq, Braziliya əhalisinin sıxliği aşağıdır. Ölkənin mərkəzi hissəsinin əhali sıxlığı xüsusilə aşağıdır.

  1. "Instituto Brasileiro de Geografia e Estatística (IBGE)". 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-28.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne