Etnik qrup

Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir.

Etnik qrup - etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir.[1] Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir.

  1. Azlıq Anlayışı, Cavid, Xalq Cəbhəsi.- 2016.- 22 aprel.- S.13http://www.anl.az/down/meqale/xalqcebhesi/2016/aprel/486773.htm Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne