Fonoqraf

Edisonun fonoqrafı (təxminən 1899-cu il)

Fonoqraf (yun. φωνή — səs və γράφω — yazmaq sözlərindən əmələ gələn söz) — səsin yazılması və dinlənilməsi üçün ilk qurğu. Fonoqraf Tomas Alva Edison tərəfindən icad edilmiş və 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim olunmuşdur. Bu, o dövrünün ən heyrətamiz icadlarından biri olmuşdur. Fonoqrafın inkişafı nəticəsində qramofonpatefon meydana gəlmişdir.[1]

Tomas Alva Edison yaratdığı fonoqrafın yanında, aprel, 1878-ci il
  1. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne