Jair Bolsonaru

Jair Messias Bolsonaru
port. Jair Messias Bolsonaro
Braziliya Federativ Respublikasının Prezidenti
1 yanvar 2019 – h.h
ƏvvəlkiMişel Temer
Rio-de-Janeyro üzrə federal müavin
1 fevral 1991 – 1 yanvar 2019
Rio-de-Janeyro Bələdiyyə Məclisinin üzvü
1 yanvar 1989 – 1 fevral 1991
Şəxsi məlumatlar
Doğum adı Jair Messias Bolsonaro
Doğum tarixi 21 mart 1955(1955-03-21)[1][2] (69 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, zabit
Həyat yoldaşı
  • Rogeriya Nant Braqa (1978–1997)
  • Ana Kristina Valle (1997–2007)
  • Mişel Bolsonaru (2007–h.h)
Uşağı 5
Dini xristianlıq
Hərbi xidmət
Qoşun növü Braziliya ordusu[d]
Rütbəsi kapitan

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jair Messias Bolsonaru (port. Jair Messias Bolsonaro; 21 mart 1955[1][2], Qliseriu[d], İkinci Braziliya Respublikası[2]) — Braziliyalı siyasətçi və 1 yanvar 2019-31 dekabr 2022-ci illərdə Braziliya Prezidenti postunu tutan təqaüddə olan hərbi zabit.

Bolsonaru San-Paulu ştatının Gliseriu şəhərində anadan olub. 1977-ci ildə Aqulyas Neqras Hərbi Akademiyasını bitirib və Braziliya Ordusunun sahə artilleriyası və paraşütçü birləşmələrində xidmət edib. 1986-cı ildə "Veja" dərgisində hərbi məmurların aşağı maaşlarını tənqid edən məqalə yazdıqdan sonra ictimaiyyətdə tanındı və bu səbəbdən 15 gün həbs edildi. Bir il sonra eyni jurnal onu inkar etdiyi hərbi hissələrə bomba qoymağı planlaşdırmaqda günahlandırdı. Aşağı məhkəmə tərəfindən mühakimə olunduqdan sonra, Braziliya Ali Hərbi Məhkəməsi 1988-ci ildə ona bəraət verdi. 1988-ci ildə kapitan rütbəsi ilə ehtiyata buraxıldı və həmin il Rio-de-Janeyro Şəhər Şurasına Xristian Demokrat Partiyasından üzv seçildi. 1990-cı ildə Bolsonaru Konqresin aşağı palatasına seçildi və altı dəfə bu postda qalmağı bacardı. 27 illik konqres üzvü olduğu müddətdə milli mühafizəkarlığı güclü şəkildə dəstəkləməsi ilə tanındı. O, eynicinsli evliliklərin və homoseksuallığın, abortun, müsbət ayrıseçkiliyin, narkotiklərin liberallaşdırılmasının və dünyəviliyin kəskin tənqidçisidir. Xarici siyasətdə ABŞ və İsraillə daha sıx əlaqələrin tərəfdarıdır. 2018-ci il Braziliya ümumi seçki kampaniyası zamanı iqtisadi cəhətdən liberal və bazar tərəfdarı siyasətlərlə çalışmağa başladı. Qütbləşən və mübahisəli siyasətçinin ifrat sağçı və populist olaraq xarakterizə olunan fikirləri və şərhləri Braziliyada həm tərif, həm də tənqid topladı.[3]

Bolsonaru 2016-cı ilin mart ayında Sosial Xristian Partiyasının üzvü olaraq prezidentliyə namizədliyini irəli sürdü. 2018-ci ildə partiyanı tərk etdi və Sosial Liberal Partiyasına qatıldı, həmin ilin avqust ayında prezidentlik kampaniyasına başladı, təqaüddə general Amilton Mouran kompaniyada ona yoldaşlıq etdi. O, özünü ailə dəyərlərinin tərəfdarı kimi göstərdi. O, 7 oktyabr 2018-ci ildə keçirilən ümumi seçkinin birinci turunda birinci oldu, İşçilər Partiyasının namizədi Fernandu Addad ikinci oldu. İki namizəd 28 oktyabr 2018-ci ildə ikinci turda yarışdı və Bolsonaru xalq səslərinin 55,1%-i ilə seçildi.

Bolsonaru bir çox ordu zabitini kabinetində əsas vəzifələrə yerləşdirdi. Andiçmə mərasimindən öncə, Bolsonaru hökumətindəki vəzifələri ideoloji rəğbətdən çox yalnız texniki keyfiyyətlərə və bacarıqlara əsaslanacağını söylədi. Onun prezidentliyi dövründə bir çox təyinatlı adamlarla hökumət arasında ideoloji ziddiyyətlər yarandı. Ədliyyə və Təhsil nazirləri, Hökumət Katibi, poçt xidmətinin rəhbəri və digər dövlət məmurları Bolsonarunun xeyrinə istefa verdi. Vəzifəyə başladığı ilk aylarda ilk növbədə 2014-cü il Braziliya iqtisadi böhranı ilə əlaqədar olaraq ölkədə yaranan daxili problemlərə diqqət çəkdi. İqtisadiyyat vəzifəyə başladığı ilk il ərzində yavaş-yavaş böyüsə də, canlandı, cinayət nisbətləri isə kəskin şəkildə aşağı düşdü. Çoxlu mübahisələrin baş verməsi onun rəhbərliyinin ilk illərini xarakterizə etdi. 2019-cu ildə Bolsonaru Sosial Liberal Partiyanı digər üzvləri ilə qarşıdurma şəraitində tərk etdi və Braziliya üçün İttifaqı qurdu. Prezidentliyi dövründə Amazon yağış meşələrindəki yerli qrupların qorunmasını tədbirini ləğv etdi və meşələrin qırılması və məhv edilməsinə yol açdı. Bolsonarunun Braziliyada COVID-19 pandemiyasına cavab reaksiyası pandemiya və onun təsirlərini kiçiltmək, karantin tədbirlərinə qarşı çıxmaq və iki səhiyyə nazirini vəzifədən azad etmək istədikdən sonra siyasi spektrdə tənqid edildi. Vəzifəyə başladığı ilk il ərzində toplanan ictimai rəy 2021-ci ildə mənfi olmazdan öncə, təcili yardımların verilməsindən sonra qısa müddətdə yenidən pozitiv sferada dəyişdi və 2020-ci ilin əksər dövründə mənfiyə çevrildi.[4]

  1. 1,0 1,1 Jair Bolsonaro // GeneaStar.
  2. 2,0 2,1 2,2 2,3 Jair Bolsonaro (alm.).
  3. "Arxivlənmiş surət". 2018-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
  4. "Arxivlənmiş surət". 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne