Linux

Linux
Loqonun şəkli
Tux — Linux-un simvolik pinqvini
Yaradıcı Linux cəmiyyəti
Yazılma dili C, Assembler, Rust
ƏS ailəsi Unix-bənzəri
Bazası Linux nüvəsi
Buraxılış tarixi 1991
Son versiya 3.18.4 — 27 Yanvar 2015
Dəstəklənən platformalar Alpha, ARC, ARM, AVR32, Blackfin, C6x, ETRAX CRIS, FR-V, H8/300, Hexagon, Itanium, M32R, m68k, META, Microblaze, MIPS, MN103, OpenRISC, PA-RISC, PowerPC, s390, S+core, SuperH, SPARC, TILE64, Unicore32, x86, Xtensa
İnterfeys Monolit (Linux nüvəsi)
Lisenziya GNU GPL və bir çox açıq kodlu lisenziyalar. Linux əmtəə nişanı Linus Torvaldsa məxsusdur.
Vəziyyəti Aktiv
Veb-saytı linuxfoundation.org linux.com kernel.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, azərb. Linuks‎) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib[1]. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.

Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir.

Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s. kimi bütün platformalarda işləyir. Dünayanın 10 ən sürətli superkompüterində Linux istifadə olunur[2].

Linux nüvəsinin yaradıcısı, Linus Torvalds, 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babasına bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əldə etmişdir. Helsinki Universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.

1991-ci ildə "C" və Unix dərsləri aldığı vaxt özünə personal kompüter aldı. Kompüterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxt bir hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan Minix əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.

Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Riçard Stallmanın da əməyinin keçdiyini söyləyir. Ona görə ki, Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.

Linux ictimaiyyətə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli, ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir.

Hazırda Linux dedikdə onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.

Linuksun rəsmi talismanı – Tux-dı.

  1. "Linus Torvaldsın Linux əməliyyat sistemini yayımlaması". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  2. "Arxivlənmiş surət". 2020-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne