Prezident

İcraedici hakimiyyət

Prezident (lat. pre - "əvvəl" və sedere - "oturmaq" sözlərindən, "öndə oturan" mənasını verir) — seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri.

Bəzi ölkələrdə isə (məsələn, ABŞ-də) bu vəzifəni nə vaxtsa tutmuş bütün şəxslərə ömürlük verilən titul. Prezident idarə üsuluna sahib olan ölkələrdə prezident icraedici hakimiyyətin rəhbəri, parlament idarə üsuluna sahib ölkələrdə isə yalnız dövlət başçısıdır. Müasir dövrdə bəzən seçki yolu ilə deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn diktatorlar da özlərini rəsmi olaraq prezident adlandırırlar.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne