Venesuela

Venesuela
República Bolivariana de Venezuela
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Himn: Gloria al Bravo Pueblo
Tarixi
 • İspaniyadan müstəqillik 5 iyul 1811
Rəsmi dilləri
Paytaxt Karakas
İdarəetmə forması Prezident Respublikası
Prezident Nikolas Maduro
Sahəsi Dünyada 32-ci
 • Ümumi 916445 km²
 • Su sahəsi (%) 0,3
Əhalisi
 • Əhali 29 335 489 nəfər (45-ci)
 • Sıxlıq 32 nəf./km²
İnternet domeni .ve
ISO kodu VE
BOK kodu VEN
Telefon kodu +58
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Venesuela

Venesuela Bolivar Respublikası (isl. República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dəniziAtlantik okeanı yuyur. Paytaxtı Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916.000 km², əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m). Təbii sərvətlərinə neft, qızıl, almaz daxildir. Ən böyük şəhərləri Marakaybo, Kumana, Valensiya, Barkisimeto, Maturin, Barselonadır. Əhalinin 91%-ni venesuelalılar, 3%-ni kolumbiyalılar, 2% italyanlar, ispanlar, hindular təşkil edir. Əhalinin 96%-i katoliklərdir. Rəsmi dili ispan dilidir. Bəzi yerlərdə Hindu dialektlərində danışılır. Pul vahidi Venesuela bolivarıdır. Ölkə subekvatorial iqlim qurşağında yerləşir. Orta illik temperatur +21–26 dərəcə arasında dəyişir. Orta illik yağıntının miqdarı şimal sahillərində 300 mm, dağlıq ərazilərdə 2000–3000 mm arası olur.

  1. http://chartsbin.com/view/edr.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne