Albanlar

Bu məqalə Avropada yaşayan xalq haqqındadır. Azərbaycanda yaşamış tarixi tayfa üçün Qafqaz albanları səhifəsinə baxın.
Albanlar
alb. Shqiptarët
Sayları və yaşadığı ərazilər
Dili Alban dili
Dini islam (sünnibəktaşi), xristianlıq (katolikparoslav) və dinsizlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar[1]Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolikparoslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir.

  1. arnaud [arnaut] isim Albaniya Xalq Respublikasının əsas əhalisinin adı və bu xalqa mənsub adam; arnaud.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne