GeoJSON | |
---|---|
Fayl adı uzantısı |
.geojson [2] |
MIME tipi |
application/geo+json[1][2] |
Tərtibatçı | IETF |
Əsaslanır | JSON |
Veb-sayt | geojson.org |
GeoJSON — sadə coğrafi obyektləri və onların qeyri-məkan atributlarını təsvir etmək üçün nəzərdə tutulmuş açıq standart format. O, JSON formatı əsasında yaradılıb.[3]
Obyektlərə nöqtələr (ünvanlar və yerlər), xətlər (küçələr, magistral yollar və sərhədlər), çoxbucaqlılar (ölkələr, əyalətlər, torpaq sahələri) və bu tiplərin çox hissəli kolleksiyaları daxildir. GeoJSON obyektləri yalnız fiziki dünyanın obyektlərini təmsil etməklə məhdudlaşmır; mobil marşrutlaşdırma və naviqasiya proqramları, məsələn, GeoJSON istifadə edərək, öz xidmət əhatə dairəsini təsvir edə bilər.[4]
GeoJSON formatı digər coğrafi informasiya sistemi standartlarından onunla fərqlənir ki, o, rəsmi standartlar təşkilatı tərəfindən deyil, tərtibatçılardan ibarət İnternet işçi qrupu tərəfindən yazılıb və idarə olunur.[5]
GeoJSON-un diqqətəlayiq törəməsinə geoməkan topologiyasını kodlayan və adətən daha kiçik fayl ölçülərini təmin edən TopoJSON-dur.